«Əgər keçmişə tapançadan atəş açsan, gələcək səni topa tutacaqdır»
Bu yaxınlarda «525-ci qəzet»də «Əldən gedən papaqlar» məqaləsini oxudum.
Düzü qadının – Şəfiqə Şəfanın bu mövzuda olan yazısı məni çox həyəcanlandırdı. Fikirləşdim
ki, görəsən əldən gedən bu papaqları başımızdan kimlər alıb apardı? Məncə heç bir
kəsin ixtiyarı yox idi ki, bu papaqları başımızdan alıb aparsınlar və yaxud hara
gəldi atsınlar. Bu bizim milli dəyərlərimizə qiymət verməməyimizin acı nəticələrindən
biridir. Bax, bu şəkildə gördüyünüz papağı vaxtı ilə kişilər qoyub başına. Qeyrət,
namus rəmzi idi bu kişi papaqları. Kişilər onu müqəddəs bir varlıq kimi qoruyub
saxlayardılar. Onu hara gəldi atmazdılar. Bəzəkli xalçalarımızın üstündə bu papaqların
özünün xüsusi yeri var idi.
Əgər qadınlarımızı qeyrət rəmzi sayılan bu papaqların yoxluğu narahat
edirsə, bəs biz kişilərə nə olub ki, bu papaqların ulu keçmişini özünə qaytarmayaq!
Bu papaqdan mən uzun illərdir istifadə edirəm. Bir çoxları soruşur: -
Mollasan, yoxsa aşıq: Buradan belə qənaətə gəlinir ki, bu papaqları, ancaq mollalar
və aşıqlar qoya bilərlər. Xeyir, belə deyildir. Bu papağı hər bir Azərbaycan kişisi
başına qoya bilər və qoymalıdır.
Əfsuslar olsun ki, «şapkalar», «kepkalar», «uşankalar», «piciklər» və
«şlyapalar» nələrnələr unutdurub bizə bizim qeyrət rəmzi sayılan kişi papaqlarımızı.
Unutqan olmayaq? Qaytaraq ululardan bizə miras qalan nə var isə hamısını,
eyni zamanda kişilik rəmzi sayılan milli papaqlarımızı.
Qasım QIRXQIZLI